Güclü qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycan zəngin dövlətçilik tarixində güclü mütəşəkkil peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda Ordu quruculuğunun təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Respublikaya birinci rəhbərliyi dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçivanski adına məktəb açdırdı. Bu da keçmiş SSRİ məkanında ilk idi. Ermənilər çox istəyirdilər ki, bu məktəbi bağlasınlar. Hətta dəfələrlə bu məktəbə yoxlamalar göndərilirdi ki, bu məktəb bağlansın. Lakin Heydər Əliyevin qüdrətli siyasəti və təcrübəsi nəticəsində bu baş tutmadı. İtirilmiş torpaqlarımızın qazanılmasında məhz bu məktəbin məzunlarının böyük əməyi olmuşdur. Bu qazanılmış qələbənin ölkəmizin gələcək inkişafında çox böyük rolu vardır.
Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini, demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol, ideyalar dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla və çox böyük yaradıcılıqla davam etdirilir. Azərbaycan Respublikası 30 illik müstəqillik dövründə bir çox sahələrdə nümunə ola biləcək işlərə imza atmışdır. Azərbaycan dövləti getdikcə qüdrətli dövlətə çevrilməkdədir. Prezident İlham Əliyev Azərbaycan xalqının firavan yaşamağına, xalqımızın rifahının yaxşılaşmasına xidmət edən şəxsiyyətdir.
Azərbaycana rəhbərlik etdiyi ötən 17 ildə Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı məsələlərdən biri də ordu quruculuğu olmuşdur. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda duran vəzifələrdən biri də ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması və ən son texnologiyalara yiyələnməsi idi. Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçmışlar.
Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır. 44 günlük müharibə dövründə dünya Azərbaycan xalqının həmrəyliyinə şahid oldu.
Beləliklə, 2020-ci il sentyabrın 27-dən başlanan əks-həmlə əməliyyatları nəticəsində oktyabrın 23-dək 3 şəhər, 3 qəsəbə və 149 kənd işğaldan azad edilmişdir. Daha sonra Cəbrayıl şəhəri və rayonun 58 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 34 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı rayonunun 4 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər ermənilərdən təmizlənib.Silahlı Qüvvələrimiz öz torpaqlarında infastrukturlara atəş açmayacaq. Lakin bunun tam əksi olmuşdur. Qeyd etdiyimiz kimi təcavüzkar ölkə, dinc əhalimizin yaşayış yerlərini, Bərdəni, Gəncəni, infastrukturu ağır artilleriya atəşinə tutdu.
Bəli indi inamla deyə bilərik ki, 30 ildən sonra artıq Azərbaycan xalqının həsrətinə son qoyuldu. Azərbaycan öz tarixi ədalətini bərpa etdi.
Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən şox yaşayış məntəqəsini işğalçılardan azad etdi. Bununla da münaqişənin hərbi mərhələsinə son qoyuldu.
İlham Əliyev: “Mən münaqişənin və İkinci Qarabağ Müharibəsinin əvvəlində demişdim ki, bu gün də bunu qürur hissi ilə deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar.Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq, nə əxlaq var. Ona görə Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu təkcə Azərbaycanın öz torpaqlarının işğalçılardan azad edilməsi deyil. Bu eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçiların, qəsbkarların sonu belə olacaq.”
Prezident İlham Əliyev və vitse prezident Mehriban Əliyeva 2021-ci il martın 15-də Füzuli və Xocavənd rayonlarında olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli rayonu ərazisində Azıx mağarasında olublar.Azıx mağarasında arxeoloji qazıntılar sovet dövründə 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən aparılmışdır. Bu ərazi 1993-cü ildə Füzuli rayonunun 17 km-də yerləşirdi və sonradan bura Xocavənd rayonunun ərazisinə verildi. Azıx mağarası yüksəklikdə yerləşdiyi üçün bura qalxmaq üçün 800 pilləkən qət etmək lazımdır. Möhtərəm prezidentimizin və ailə üzvlərinin böyük ruh yüksəkliyi ilə 800 pilləkəni qalxıb və söylədiyi “Yaxşı idman etdik”deməsi hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi yaradır. Ali Baş Komandan İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti və müzəffər ordumuzun səyi nəticəsində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına başlanılıb.
Müzəffər Ordumuzun Baş Komandanı İlham Əliyevin qüdrətli idarəçiliyi eyni zamanda ordumuzun səyi nəticəsində burada quruculuq işləri aparilacaq. Biz bu torpaqları qaytarmaqla tarixi ədaləti bərpa etdik. Azərbaycan xalqı illərlə didərgin düşmüş ata-baba torpaqlarına qayıdacaqlar. Ordumuzun səyi nəticəsində torpaqlarımız azad edildi, xalqımızın səyi nəticəsində isə torpaqlarımızda quruculuq işləri aparılacaq.
Ramana qəsəbəsi, E.Ağayev adına 198 nömrəli
məktəbin müəllimi Şəhla Mirzəbəyova