44 günlük “Vətən müaribəsindən” zəfər qazanaraq ayrılan Azərbaycan bütün dünyaya öz haqlı davasını sübut etmişdir və ərazi bütövlüyümüz bərpa edilmişdir.
İşğaldan azad olunan torpaqlarımızda 30 ilə yaxın müddətdə erməni vandalizmi nəticəsində çoxlu sayda məscidlər,yaşayış binaları məhv edilmişdir.Və hazırki dövrdə də cənab prezidentimiz işğaldan azad olunan ərazilərə səfər edərək o ərazilərdəki təmir-bərpa və quruculuq işləri ilə yaxından tanış olur və öz göstərişlərini verir.
Bu ərazilərimizdən biri də Ağdamdır. 28 May 2021-ci il tarixdə prezident İlham Əliyevin Ağdama səfəri baş tutmuşdur. Belə ki, prezident İ.Əliyev oradakı quruculuq işləri ilə ətraflı tanış olmuşdur.
Prezident İ.Əliyev “Respublika Günü” gerçəkləşən Ağdama səfəri çərçivəsində Ağdamda bir çox təməlqoyma mərasimində iştirak etmişdir. Bunlardan biri də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimidir. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi memarlıq tikintilərimizdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın türbəsidir. Səfər çərçivəsində prezident bu türbəyə də ətraflı baxış keçirmiş və bu türbənin bərpası ilə də bağlı öz müvafiq göstərişlərini vermişdir.
Prezident İ.Əliyev Ağdam şəhəri Meşə parkında dağdağan ağaclarının əkilməsi mərasimində də iştirak etmişdir. Qeyd edək ki, Ağdam şəhərində sakinlər üçün salınacaq böyük Meşə parkının sahəsi 125 ha olacaqdır.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Ağdam və Xocavənd rayonları ərazisində müasir avadanlıqlarla təchiz olunmuş modul tipli iki hərbi hissə də istifadəyə verilmişdir. O səfərini “Elə bir Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq” sözləri ilə yekunlaşdırmışdır.
Məhz Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı uğurlu siyasət işğaldan azad olunmuş əraziləri güllü-çiçəkli məkanlara çevirəcəkdir.
A.X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Fizika müəllimi
Eldarlı Nilufər