Torpaqlarımızın hər zərrəsi uğrunda canı, qanı bahasına vuruşan igid Azərbaycan əsgəri və xalqımızın birliyi sayəsində qazandığımız parlaq qələbəmiz gələcəyə yeni imkanlar yaradır

Torpaqlarımızın hər zərrəsi uğrunda canı, qanı bahasına vuruşan igid Azərbaycan əsgəri və xalqımızın birliyi sayəsində qazandığımız parlaq qələbəmiz gələcəyə yeni imkanlar yaradır Bu məqaləni qalib bir xalqın nümayəndəsi kimi yazmaq çox möhtəşəm və qürurverici

bir hisdir. Sözsüz, bu tarixi qələbəni bizə yaşadanlara-şəhid və qazilərimizə bir ömür xalq olaraq minnətdar olacağıq. Bu qələbənin başlanğıcı məhz 2020-ci iyul ayında baş verən “Tovuz döyüşləri”ilə bağlıdır. General-mayor, Azərbaycan xalqının Milli qəhrəmanı Polad Həşimovun şəhid olması ilə milyonluq xalq birləşdi və xalq-ordu birliyi sayəsində düşmən üzərində parlaq qələbə qazandıq. Bu qələbə bizə tarixi və əzəli Azərbaycan torpağı olan “Qarabağ”ı qaytardı. Ordu və xalqın birliyi ilə yanaşı, bu 44 günlük “Vətən müharibəsi”ndə cənab prezidentin yürütdüyü uğurlu xarici siyasət və “Dəmir yumruq” əməliyyatı öz sözünü dedi. Prezident İ.Əliyev Vətən müharibəsi dövründə xarici media orqanlarına verdiyi müsahibələrlə həqiqətləri çatdırmışdır. Qazandığımız qələbə sayəsində həm ərazi bütövlüyümüzü və həm də Azərbaycan xalqının nə qədər mübariz, həmrəy və nümunəvi xalq olduğunu dünya görmüşdür. Belə ki, müzəffər Azərbaycan ordusunun əzmi, mübarizliyi və dönməzliyi ilə əldə etdiyi tarixi qələbə dövlətimiz və xalqımızın mənafeyi baxımından çox önəmlidir.

30 ilə yaxın müddətdir ki, mənfur düşmənin tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi ilk öncə Azərbaycan xalqının özünə inamını geri qazandırdı. Torpaqlarımızın hər zərrəsi uğrunda canı, qanı bahasına vuruşan igid Azərbaycan əsgəri və xalqımızın birliyi sayəsində qazandığımız parlaq qələbəmiz gələcəyə yeni imkanlar yaradır. Bu imkanlardan biri işğaldan azad edilən ərzilərimizin zəngin iqtisadi potensialının olması və həmçinin kənd təsərrüfatı baxımından olan imkanlardır. Bu ərazilərimiz həmçinin məhsuldar torpaqlarla da zəngindir.

Cənab Prezidentin iştirakı ilə fevralın 14-də Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulmuşdur. Bu nəqliyyat infrastrukturu azad olunan ərazilərə gediş-gəliş üçün mühüm əhəmiyyətə malik olacaq. Ən mühüm cəhətlərdən biri odur ki, işğaldan azad edilmiş ərazilərə cənab Prezidentin hər səfəri yeni quruculuq işlərinin təməlinin qoyulması ilə əlamətdar olur. Və göründüyü kimi azad olunmuş ərazilərimiz sürətlə bərpa ediləcək, Qarabağa böyük qayıdış ən yüksək səviyyədə həyata keçiriləcək. “Vətən müharibəsi”ndə qazandığımız qələbə Azərbaycan tarixinin ən parlaq guşəsidir.

Pirşağı qəsəbəsi, 112 saylı məktəbin

fizika müəllimi Nilufər Eldarlı

Oxşar xəbərlər