Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində FETÖ/PDY-yə qarşı əməliyyat zamanı saxlanılsa da, sərbəst buraxılan kapitan Fatih Uğur K. xidmət etdiyi Hərbi Komissarlıq binasının önündə özəl təhlükəsizlik xidməti işçisinin belindən tapançasını çıxardaraq özünü öldürüb.
Milli.Az CNN-ə istinadən xəbər verir ki, Fatih Uğur K. dünən gecə saatlarında, iş yerinin önünə gəlib. O, binanın təhlükəsizliyinə cavabdeh olan özəl xidmət əməkdaşının silahı ilə başından atəş açıb.
Təhlükəsizlik xidməti əməkdaşı qəfil baş verən hadisə qarşısında şok keçirib. Hadisə yerinə polislər və təcili yardım çağırılıb.
Tibb işçiləri Fatih Uğur K.-nın öldüyünü müəyyən ediblər.