Hadisə baş verən gün o, əri ilə mübahisə edib
Paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.
qanuninfo.az Publika.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.
Onun intihar etməsinə səbəb kimi ailədaxili problemlərinin olması göstərilir.
Xatirə Aşirovanın yaxınları əməkdaşımıza bildiriblər ki, qadının həyat yoldaşı evə içkili gəlirmiş.
Hadisə baş verən gün o, əri ilə mübahisə edib.
Xatirə Aşirova 4 aylıq hamilə imiş. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağırdır.