Noyabrın 1-dən etibarən Türkiyənin 3 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.
Bu barədə Rusiya kənd təsərrüfatına nəzarət edən dövlət qurumu olan “Rosselxoznadzor” məlumat yayıb. Verilən məlumata görə, Türkiyənin “Ozaltin”, “Agrobay” və SURAL şirkətlərinə pomidor idxal etməyə icazə verilib. Bildirilib ki, həmin müəssisələrdə yoxlamalar uğurla nəticələnib.
Qeyd edək ki, pomidor da daxil olmaqla Türkiyədən 13 məhsulun Rusiyaya girişinə icazə verilmir. Bununla bağlı Ərdoğan və Putin dəfələrlə müzakirələr aparıblar. Türkiyənin qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik də beynəlxaql tədbirlərdə bununla bağlı narazılıqlarını bildirib. Məsələ ilə bağlı Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç açıqlama vermişdi. Nazir müavini bildirmişdi ki, Türkiyə Rusiyadan alınan buğdaya tətbiq edilən vergini ləğv etməsə, Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların hamısı qüvvədə qalacaq.
Bundan sonra Türkiyə Rusiyaya mayın 18-də sonuncu dəfə xəbərdarlıq etmişdi. Xəbərdarlıqda bildirilirdi ki, Türkiyə Rusiya ilə iqtisadi ticarəti inkişaf etdirmək istəsə də, buna nail ola bilmir. Türklər Rusiyanın buna maneə yaratdığını bildirirlər.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi mayın 18-də verdiyi bəyanatda deyilirdi ki, mayın sonuna qədər Rusiya tərəfi pomidor və digər qida məhsullarına qoyduqları qadağanı aradan qaldırmasalar, alternativ tədbirlər görüləcək.
“Düşünürəm ki, iqtisadi əməkdaşlığı möhkəmlətmək istəyən iki dövlət arasında hansısa məhsula məhdudiyyət qoyulmamalıdır. Biz may ayının sonlarına qədər gözləyəcəyik, daha sonra mövcud problemləri aradan qaldırmaq üçün bir daha səy göstərəcəyik”, - deyə nazir bildirib.
Bundan sonra mayın 24-də Türkiyə Rusiyadan günəbaxan yağının və konservləşdirilmiş məhsulların ölkəyə rüsumsuz çatdırılmasına dair qadağa qoyub.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə. Türkiyə buğda, günəbaxan yağının və konservləşdirilmiş məhsulların idxalına rəsmi şəkildə rüsum qadağası qoyub.
Türkiyə tərəfi bunu Rusiyanın pomdor qadağasına cavab olduğunu bildiriblər. Türkiyə rəsmiləri vəziyyəti dəyişə biləcəklərini də vurğulayıblar. Rusiya noyabrın 1-dən Türkiyədən ölkə ərazisinə pomidor idxalına icazə verib. İdxalın həcmi Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilib.