“Türkiyə ilə Rusiya arasında iqtisadi problemlər hələ səngiməyib. Cənub axını ilə bağlı konkret məsələ ortaya qoyulmayıb”.
Bu barədə tanınmış politoloq Arzu Nağıyev Ölkə.Az-a bildirib. Onun fikrincə, bu qəbildən olan məsələlər hamısı birbaşa Türkiyə-Rusiya münasibətlərinə təsir edən amillərdəndir.
“Yunanıstan, Böyük Britaniya və Türkiyənin öz problmeləri var. Ortada Kipr məsələsi var. Türkiyə qoşunlarınən oradan çıxarılması məsələsi də var. Düşünürəm ki, nə qədər yaxınlıq olsa da, Rusiya ilə Türkiyənin yalnız bir nöqtədə mövqeyləri üst-üstə düşür. Təkcə Suriya məsələsində iki dövlət anlaşa bilir. Qalan heç bir məsələdə konkret olaraq razılığa gəlinməyib. Bu proses də hələ davam edir. Türkiyə ilə Rusiyanın “Qazprom” şirkəti arasında olan problem də hələ səngiməyib”, - deyə Arzu Nağıyev bildirib.
Ekspertin fikrincə Türkiyənin Rusiyanın “Qazprom” şirkətini məhkəməyə verməsi iki dövlət arasındakı münasibətləri korlaya bilər:
“Düşünürəm ki, iqtisadi məsələlərə görə siyasi narazılıq əmələ gəlməsə də, iki dövlət arasındakı münasibətlərdə müəyyən problemlər yarana bilər. Bu gün siyasi məsələlər o qədər üstələyib ki, iqtisadi məsələlər sanki ikinci plana keçib. Buna baxmayaraq, bütün iqtisadi məsələlər məhz siyasəti əmələ gətirən bir prosesdir. Ona görə də, bu situasiyadan hər cür addım gözləmək mümkündür”.