Rusiya Türkiyə badımcanlarının idxalına qadağa qoydu

Rusiya Türkiyə badımcanlarının idxalına qadağa qoydu “Rosselxoznadzor müvəqqəti məhdudiyyətlər qoydu”

Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) aprelin 25-dən Rusiyaya Türkiyədə yetişdirilmiş badımcanların gətirilməsinə qadağan qoydu.

Bu barədə RİA Novosti Rosselxoznadzor-a istinadən xəbər verir.

“Rusiyada karantin elan edilmiş orqanizmlərə yoluxmuş badımcanların partiyasının Türkiyədən daxil olması ilə əlaqədar... Rosselxoznadzor cari ilin aprelin 25-dən onların tədarükünə müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edib”, - Xidmətin məlumatında deyilir.

Daha öncə, cari ildə türk badımcanlarının güllərin ən təhlükəli zərərvericisi və bitkilərin viruslarını yayan, qərbi (Kaliforniya) gül tripsinə yoluxmasının dörd halının üzə çıxarılması barədə məlumat yayılmışdı.

Oxşar xəbərlər