“ABŞ münaqişəyə təhrik etmək istəmir”
Ağ evin rəsmi nümayəndəsi Coş Ernest Ankaranın Vaşinqtona görə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasına dair ehtimalı “nonsens” adlandırıb. Bu barədə TASS məlumat yayıb.
Ernest bəyan edib ki, ABŞ Türkiyənin Rusiya bombardmançısı tərəfindən sərhədləri pozulmuş öz hava məkanını müdafiə etmək haqqını dəstəkləyir.
“Biz türk pilotlarının Su-24 pilotlarına Türkiyənin hava məkanına daxil olmaları barədə xəbərdarlıq etmələrini, bu xəbərdarlığın rus pilotları tərəfindən iqnor edildiyini bilirik”, - Ağ evin nümayəndəsi bildirib.
O həmçinin qeyd edib ki, ABŞ Rusiya və Türkiyəni münaqişəyə təhrik etmək istəmir.
O, Moskva və Ankaranı yaranmış gərginliyi aradan qaldırmağa çağırıb.
Putin dekabrın 17-də böyük mətbuat konfransı zamanı bəyan edib ki, ola bilər ki, Türkiyə Rusiyaya məxsus bombardmançını ABŞ-a görə vurub.
“Siz orada bəlkə üçüncü tərəf var deyə soruşdunuz. Mən sizin eyhamınızı anlayıram. Biz bunu bilmirik, amma əgər Türkiyə rəhbərliyində kim isə amerikalıların bir yerini yalamaq istəyirsə, onun doğru və ya yanlış davrandığını bilmirəm”, - dövlət rəhbəri qeyd edib.
Prezidentin sözlərinə görə, Ankara düşmənçilik aktı törədib, sonra isə NATO-nun qanadı altında gizlənib.