Vaqif müəllim rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur

Vaqif müəllim rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən üzü ağ çıxıb, işində yorulmaz rəhbər, nümunəvi maliyyə rəisi. Bu şəxs kimidir? Bu şəxs 4 saylı Regional maliyyə Müfəttişliyinin rəisi Vaqif müəllimdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vaqif müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Vaqif müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur.

4 saylı Regional maliyyə Müfəttişliyinin rəisi Vaqif müəllim dövlətin maliyyə siyasətinin 4 saylı Regional ərazidə uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır. Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Vaqif müəllimin rəhbərlik etdiyi 4 saylı Regional maliyyə Müfəttişliyi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər.

Əminliklə qeyd etmək olar ki, Vaqif müəllimin rəhbərlik etdiyi 4 saylı Regional maliyyə Müfəttişliyinin Azərbaycanda gedən inkişaf proseslərindən yararlanmaqla bərabər, həm də bu tərəqqiyə öz sanballı töhfələrini verirlər. Onlara ölkəmizin çiçəklənməsi, xalqımızın firavanlığa qovuşması yolunda uğurlar arzulayırıq.

Oxşar xəbərlər