Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır

Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır Nefçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafov - Nefçalada prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Nefçala seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


Respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da 2018-cu il tarixə sosial-iqtisadi inkişafla səciyyələnən il kimi daxil olub. Rayonda aparılan davamlı abadlıq-quruculuq işləri, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına yönəldilən tədbirlər müsbət nəticələr verib və gələcək uğurların etibarlı təməlinə çevrilib.
Doğrudan da Neftçala müstəqil rayon kimi yarandığı dövrdən sonra qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, iqtisadi, aqrar, sosial sahələrdə və ictimai həyatın digər sferalarında tərəqqiyə nail olmuş, əldə etdiyi nailiyyətlərlə respublikanın qabaqcıl rayonlarından birinə çevrilmiş və bu tərəqqi o vaxtlar ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Nefçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafovu hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Rəşid Manafov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Bəli, Neftçala gözəlləşir, rayonun mədəni həyatında aşkar canlanma duyulur.

Azərbaycanın ən gözəl guşələrindən biri olan, ölkənin əlverişli fiziki coğrafi şəraitdə yerləşən, Neftçalada son illər genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılır. Belə ki, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda, şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb.

Rayonun bütün bina və küçələrində də işıqlandırma sistemi təkmilləşdirilib. Eyni zamanda, rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Neftçalanın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısının və Nefçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafovun əməyi böyükdür. Belə ki, o, rayonda aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Nefçala rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-sahman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Nefçalaya turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Nefçala inamla gələcəyə doğru addımlayır.

Amma Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Rəşid Manafovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Rəşid Manafova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Rəşid Manafov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.


Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır

Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır

Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır

Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır

Rəşid Manafov: Nefçala inamla gələcəyə doğru addımlayır

Oxşar xəbərlər