Xaçmazda Maliyyə intizamına riayət olunur

Xaçmazda  Maliyyə intizamına riayət olunur Potensial iqtisadi imkanlara, əlverişli torpaq–iqlim şəraitinə, yüksək inkişaf tempinə malik Xaçmaz gündən–günə dəyişir, daha da gözəlləşir. “Şimal mirvarisi”nin hər guşəsində gedən geniş tikinti, abadlıq, quruculuq işləri həm sakinləri, həm də hər gün buraya üz tutan yüzlərlə turisti, qonaqları qəlbən razı salır. Son vaxtlar burada görülən işlər bütün sahələrdə ürəkaçandır. Ötən aylar ərzində rayonda çox iş görülüb. “Ölkə başçısının daimi qayğı və diqqəti sayəsində Xaçmaz özünün inkişaf və yüksəliş dövrünü yaşayır.

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Nizami müəllimin rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Hər il bütün sahələrdə inkişafa, uğura, yüksəlişə imza atan Xaçmaz ötən ili də müvəffəqiyyətlə başa vurmuşdur. 2015-ci ildə ölkə iqtisadiyyatının inkişafı, büdcə-fiskal dayanıqlılığı təmin edilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində qlobal iqtisadi böhranın iqtisadiyyatımıza təsiri minimuma endirilib. Yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan iqtisadi islahatlar neft amilindən asılılığı azaldıb. Biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin edib.

İnanırıq ki, qarşımızda qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizin inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Xaçmazlılar, hər zaman olduğu kimi, Azərbaycanın inkişafı, tərəqqisi, ərazi bütövlüyünün bərpası naminə qüvvə və bacarıqlarını əsirgəməyəcək, ölkə rəhbərliyinin qərar və tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirəcəklər”.

Xaçmazda  Maliyyə intizamına riayət olunur
Xaçmazda  Maliyyə intizamına riayət olunur
Xaçmazda  Maliyyə intizamına riayət olunur
Xaçmazda  Maliyyə intizamına riayət olunur
Xaçmazda  Maliyyə intizamına riayət olunur
Xaçmazda  Maliyyə intizamına riayət olunur

Oxşar xəbərlər