Vəzifəsini vicdanla yerinə yetirən - “Aqrolizinq” ASC-nin Ağcabədi rayon filialının müdiri Atamoğlan Babayev

Vəzifəsini vicdanla yerinə yetirən - “Aqrolizinq” ASC-nin Ağcabədi rayon filialının müdiri Atamoğlan Babayev Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz şəxs, nümunəvi müdirdir. Bu şəxs kimidir? Bu şəxs “Aqrolizinq” ASC-nin Ağcabədi rayon filialının müdiri Atamoğlan Babayevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Atamoğlan Babayev. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

2004-cü ildə prezident İlham Əliyevin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının ötən illər ərzində imzaladığı bir neçə sərəncamla isə Cəmiyyətin ənənəvi lizinq xidmətlərindən başqa fəaliyyət dairəsi ildən-ilə genişləndirilib. "Aqrolizinq" ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatında aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib.
Bununla yanaşı ötən 13 ildə “Aqrolizinq” ASC-nin maddi-texniki bazası da əsaslı sürətdə formalışıb.


Oxşar xəbərlər