Elman Aslanov: Sumqayıtda baytarlıq xidməti inkişaf edir

Elman Aslanov: Sumqayıtda baytarlıq xidməti inkişaf edir qanuninfo.az olaraq bu şərəfli insan - Sumqayıt şəhər Baytarlıq idarəsinin rəisi Elman Aslanov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs Sumqayıt şəhər Baytarlıq idarəsinin rəisi Elman Aslanovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Elman müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Sumqayıt şəhər Baytarlıq idarəsinin rəisi Elman Aslanovun adı, Sumqayıt ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Sumqayıt şəhər Baytarlıq idarəsinin rəisi Elman Aslanovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Elman Aslanov nüfuzdan salmağa çalışırlar.

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazırlar. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Elman Aslanovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

****

Sumqayıt şəhər Baytarlıq idarəsinin rəisi Elman Aslanov tərəfindən daim heyvandarlıq və quşçuluq təsərrüfatlarında saxlanılan heyvanların sağlamlığını, həmçinin Sumqayıta idxal olunan heyvan mənşəli məhsulların təhlükəsizliyini müəyyənləşdirmək məqsədi ilə müvafiq laborator müayinələr aparılır. Sumqayıtda aparılan müayinələr zamanı aşkar edilən xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılır.

Sumqayıt Baytarlıq Laboratoriyasının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə müasir avadanlıq və reaktivlər alınaraq quraşdırılıb. Respublika Baytarlıq Laboratoriyası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya olunub və hal-hazırda beynəlxalq İSO/İEC 17025 tələblərinə uyğun akkreditasiyadan keçirilməsi üçün hazırlıq işləri aparılır.

Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq tələbatın əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda bolluq yaranmışdır.

Oxşar xəbərlər