Mətanət Pirquliyeva - Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da

Mətanət Pirquliyeva - Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da Bir neçə gün bundan əvvəl təsadüfən internetdə bəzi saytlarda “Sumqayıt Texniki Kollecində Mətanət Pirquliyevanın korrupsiya burulğanı”... başlıqlı yazısına rast gəldim. Əvvəla bunu yazan jurnalist həmkarımız bilməlidir ki, yazıya bu cür başlıq verməklə onlar tələbələri üsyana qaldırmaq üçün bir növ təbliğat aparırlar. Bu da Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət sayılır. Nə isə yazını oxuduqdan sonra Sumqayıt Texniki Kollec ilə telefon əlaqəsi saxladım. Bildirdilər ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterli yazıdır. O yazını hazırlayan jurnalist əslində heç Mətanət Pirquliyevanı tanımır. Əgər o bircə dəfə Mətanət Pirquliyevanı tanısa idi, reallığı öz gözləri ilə görərdi. Biz onu dəvət elədik gəlsin görsün sonra yazsın.
Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.


-Mətanət Pirquliyeva əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

-Mətanət Pirquliyeva yüksək insanlığı ilə seçilən bir insan və Sumqayıt Texniki Kollecin direktordur! Mətanət Pirquliyeva vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

-Mətanət Pirquliyeva - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda tələbələrin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Mətanət Pirquliyeva Sumqayıt Texniki Kollecin direktorluk fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Sumqayıt Texniki Kollecin direktoru Mətanət Pirquliyevanın adı, Sumqayıt ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Mətanət Pirquliyeva - Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da

Mətanət Pirquliyeva - Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da
Mətanət Pirquliyeva - Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da

Oxşar xəbərlər