Azərbaycan, Bakı öz nefti ilə dünyanın şirkətlərini, iş adamlarını XIX əsrin
ikinci yarısından, XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər
burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər.
Heydər Əliyev
ikinci yarısından, XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər
burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər.
Heydər Əliyev
Zeynal Əhmədov dövlətimizə və cənab Rövnəq Abdullayevə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovdur.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
*******
“SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədov - İyirmi birinci əsrin Azərbaycanı dünyanın ən uğurlu ölkələri sırasındadır. Respublikanın iqtisadiyyatı sürətlə inkişaf edir, sosial həyat dövrün tələblərini nəzərə almaqla qurulur. Paytaxtımız Bakının və regionların müasir mənzərələri ölkəmizin böyük maliyyə imkanlarını əyani şəkildə nümayiş etdirir. İnsanların rifahı, güzəranı ilə bağlı məsələlər ardıcıl həll olunur, ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən yeni möhtəşəm quruculuq proqramları həyata keçirilir. Azərbaycan geniş tərəqqi və müasirləşmə yolunda inamla irəliləyir.
Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və böyük uzaqgörənliklə işləyib hazırladığı Yeni Neft Strategiyası ilə başlanmış bir yoldur.
Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən böyük Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.
Bütün bunlar - böyük Azərbaycan nefti uğrunda gərgin mübarizənin gedişində əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş beynəlxalq və regional layihələr və onların nəticələri ümummilli liderimiz Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi, onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən müvəffəqyyətlə həyata keçirilən yeni neft strategiyasının həyatiliyini, xalqımız və dövlətimiz üçün misilsiz əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir.
Bir daha qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin ümumiyyətlə respublikamızın, o cümlədən, neft sənayesinin inkişafı üçün gördüyü işlər, müəyyən etdiyi yeni neft strategiyası bundan sonra da Azərbaycanın möhkəm təməl üzərində inkişaf təmin edəcək və biz neftçilər bu vəzifənin həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
*******
P.S. Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? “SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq “SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovu nüfuzdan salmağa çalışırlar.
Bu vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Bütün bunlar öz təstiqini tapmamış yalan yazılardır. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən “SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.