Qətibə Əsədova dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bilgəh Qocalar Evinin rəhbəri Qətibə Əsədovadır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Bilgəh Qocalar Evinin rəhbəri Qətibə Əsədovanın adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..
Bilgəh Qocalar Evinin rəhbəri Qətibə Əsədova - Müharibə və əmək əlilləri üçün pansionat (El arasında Qocalar evi kimi tanınır) qanunla onları saxlamağa borclu övladları olmayan pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. Burada tənha vətəndaşlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Bakının Bilgəh qəsəbəsində, dənizdən əsən mehin qəlbə xoş bir rahatlıq duyğusu bəxş etdiyi, bağlı-bağçalı bir məkanda yerləşən bu müəssisənin ahıl sakinləri üçün könül rahatlığının bir başqa və həm də əsas səbəbi daimi dövlət himayəsində yaşamaq, bunun istisini daha yaxından hiss etmək, tənhalığın dərdini, sıxıntısını bu istidə əridə bilməkdir. Bura ömrün ahıl vaxtında, doğmalarından qayğı, qulluq, ən azı mehriban münasibət ummağa haqqı çatdığı məqamda müxtəlif səbəblərdən bütün bunlardan əli üzülmüş, ümidi kəsilmiş bir qoca üçün unudulmaq, biryolluq tərk edilmək, atılmaq qorxusunun bitdiyi, özünü qayğı əhatəsində gördüyü, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunduğu doğma bir evdir.