Vəzifəsini vicdanla yerinə yetirən - Mirəli Şixəliyev

Vəzifəsini vicdanla yerinə yetirən - Mirəli Şixəliyev Biz qanuninfo.az olaraq Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində olduq və ordakı işlərlə bağlı araşdırma apardıq

Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində işləyən bir neçə işçiylə ünsiyyətdə olduq. Onlar bu şöbədə hər bir işin öz qaydasında olduğunu bildirdilər. Şöbədə işçilərə çox yaxşı münasibət göstərirlər. Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə Mirəli Şixəliyev rəis gəldikdən sonra demək olar ki, şöbədə işlər daha da yaxşılaşdı. Son zamanlar Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi bağlı ilginc yazılar dərc olunur. Bu yazılarla bağlı olaraq biz Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəhbəri Mirəli müəllim yanına getdik. Mirəli müəllim sağolsun bizi çox gözəl qarşıladı.

Mirəli Şixəliyev - vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəhbəri Mirəli Şixəliyev olaraq məmur nüfuzuma xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq məni nüfuzdan salmağa çalışırlar.

“Qara mətbuat”da guya Mirəli Şixəliyevi tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, mən dövlətçiliyə sədaqətlə xidmət göstərməyim və həyata keçirdiyim düzgün iş prinsipi kimlərəsə sərf etmir. Mənim vəzifədən getməyimi arzu edən, Mirəli Şixəliyev olaraq mənim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəmi uğurla davam etdirəm və Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində imtahanların düzgün, şəffaf keçməyi ilə bağlı mənə verilmiş tapşırıqları şərəflə yerinə yetirirəm.


Bizdə qanuninfo.az bəzilərinin diqqətinə çatdırır ki, Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəhbəri Mirəli Şixəliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəhbəri Mirəli Şixəliyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

Oxşar xəbərlər