Mədəniyyət və turizm sahəsinin inkişafına dövlət dəstəyi

Mədəniyyət və turizm sahəsinin inkişafına dövlət dəstəyi Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Tahir Əliyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Tahir Əliyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.


-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü mədəniyyət siyasətinin nəticəsidir ki, son illər ölkəmiz bir sıra beynəlxalq konfrans və festivallara ev sahibliyi etməkdədir. Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant, mehriban birgə yaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.

-Möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun olaraq respublikamızda mədəniyyət və turizm sahələrinin inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da səylə davam etdirəcəyik.

Oxşar xəbərlər