İlyas Əliyev: Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub

İlyas Əliyev: Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Alxas oğlu Əliyevdir.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif edilib.

"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələblərini, sahə Həmkarlar İttifaqlarının könüllülük əsasında müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır.
05 dekabr 2005-ci ildə II qurultay keçirilib. Qurultayda Federasiyanın Nizamnaməsində dəyişikliklər və əlavələr qəbul edilib, Federasiyanın əsas fəaliyyət istiqamətləri müəyyən edilib. AHİK sədrinin birinci müavini, "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri İlyas Alxas oğlu Əliyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

İlyas Əliyev yüksək insanlığı ilə seçilən bir insan və Xidmət-İş" Hİ Federasiyasının prezidentidir!

İlyas Əliyev insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Oxşar xəbərlər