"ABŞ Dövlət Departameninin Suriyada atəşkəs mövzusunda Rusiya ilə danışıqları müvəqqəti dayandırması doğru qərardır"
Bu sözləri politoloq Elxan Şahinoğlu öz şərhində deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın dəstəyi sayəsində Donbass sepratçıları Ukrayna səmasında avropalıları daşıyan sərnişin təyyarəsini vurdu: "Yüzlərlə insan həlak oldu, Moskva “bunu Ukrayna edib” deyib durdu. Halbuki, Donbass separatçılarının hərbi təyyarəsi yoxdur ki, Ukrayna havadan müdafiə qüvvələri səmada nəyisə hədəf alsın. Hollandiyanın ekspertlər qrupunun bugünlərdə açıqladığı rəy də bundan ibarətdir ki, onların təyyarəsi Rusiyanın Donbass separatçılarına verdiyi “Buk” raketi ilə vurulub. Buna cavab olaraq Moskva yenə “yalandır” deyib durur".
Politoloq bildirb ki, İndi də Rusiya təyyarələri Suriyanın Hələb şəhərindəki hospitalı bombalayıblar: "Mülki insanları qətlə yetiriblər, yenə eyni nağılı danışırlar: “Bizlik deyil, Suriya müxalifətinin işidir”. Məntiq də yoxdur. Həmin xəstəxana elə müxalifətin nəzarət etdiyi bölgədə yerləşir. Müxalifət öz nəzarəti altındakı ərazini və öz yaralılarının müalicə aldığı xəstəxananı niyə bombalasın ki? Ona görə də Dövlət Departameninin Suriyada atəşkəs mövzusunda Rusiya ilə danışıqları müvəqqəti dayandırması qərarı doğrudur, əks halda Vaşinqton Rusiyanın “terrorçularla savaşıırıq” adı altında Bəşər Əsədin rəqiblərini neytrallaşdırrmaq siyasətinə şərik olardı. Və aramızda hələ də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcəyini düşünənlər var".