“Ukrayna Krımın qaytarılması üçün əlində olan bütün mövcud imkanlardan istifadə etməyib”. Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə açıqlamasında Krımın blokadasının koordinatoru, biznesmen və Krım Tatar Məclisinin liderlərindən olan Lenur İslyamov deyib.
Onun sözlərinə görə, Ukrayna beynəlxalq birliyi sanksiyaların gücləndirilməsinə çağırmalı, cəmiyyətin dəstəyinə söykənərək Rusiyanı hər tərəfdən zəiflətməli və ukraynalıların “şər imperiyası” ilə mübarizə ruhunu qaldırmalıdır.
“Böyük Cövhər Dudayev deyirdi ki, (Çeçenistan azadlıq hərəkatının lideri –red.) xalq yalnız o zaman öz torpaqlarını azad edir ki, hər bir insan öz canını bunun üçün verəcək. Krımın azad edilməsi ilk növbədə, ukraynalıların özlərinin əllərindədir”, - İslyamov bildirib.
O, hazırda yalnız Ukraynanın deyil, bütün dünyanın Rusiya ilə vuruşduğunu vurğulayıb.
“Biz ilk dəfə deyil ki, Rusiyanın bütün müqavilələri pozduğunu görürük. O, müqavilələr imzalayır, amma xalqların ən zəif vaxtında onlara hücum edir. Rusiya Krıma o zaman hücum etdi ki, Ukrayna müqavimət göstərməyə qadir deyildi. O, bu qayda ilə əvvəl Şimali Osetiya və Abxaziyanı uddu. Gürcüstanı və Dağlıq Qarabağı xatırlayın”, - İslyamov əlavə edib.