
Amerika Birləşmiş Ştatlarında həyat yoldaşlarına xəyanət etmək istəyən qadınlar üçün qurulan internet platformaların birindən olan "Victoria Milan”-da, xəyanət etmək istəyən qadınlara bunun səbəbi soruşulub. Sorğuya 6000-dən çox qadın qatılıb. Səbəblər isə belədir:
Araşdırmaların nəticələrinə görə, sorğuda iştirak edən qadınların 19%-i həyat yoldaşlarının yumor anlayışından məhrum olduğunu üçün xəyanət etdiklərini bildirib.
Sorğuda iştirak edənlərin 16%-i səbəb olaraq anlayışsızlığı bildirib.
Kifayət etməyən cinsi əlaqə isə gözlənildiyi kimi ən birinci səbəb deyil, 3-cü səbəb olaraq qeyd edilib. 6000 qadının yalnız 14%-i cinsi əlaqələrinin istədikləri kimi olmadığını bildirir.
Həyat yoldaşlarının kübar olmadığını düşünən qadınlar 11% təşkil edir.
Gələcəyi parlaq olmadığını düşündüyü üçün xəyanət edən qadınlar isə 10%-dir.
9% qadın isə həyat yoldaşının təmiz və səliqəli olmadığı üçün aldatdığını bildirir.
İş həyatında uğurlu olmayan kişilərin həyat yoldaşları da xəyanət etməyə meylli olurlar (7%).
Xəyanət edən qadınların 5%-i isə həyat yoldaşlarının "mamauşağı” olduğu üçün xəyanət etdiklərini bildirib.