Dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir və bu prinsiplərə əməl olunması qlobal sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır

Dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir və bu prinsiplərə əməl olunması qlobal sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 mart tarixində keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərək forumun beynəlxalq əməkdaşlığın inkişafı və qlobal problemlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulamışdır. xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə toxunan prezident qeyd etdi ki, Azərbaycan regionda uzunmüddətli sülhün təmin olunmasında maraqlıdır və bu məqsədlə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərir. Dövlət başçısı vurğulamışdır ki, münaqişədən sonrakı dövrdə regionda yeni reallıqlar formalaşıb və bu reallıqlar nəzərə alınaraq əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması vacibdir. Prezident həmçinin bildirmişdir ki, Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunması həm regional, həm də beynəlxalq sabitlik baxımından böyük əhəmiyyət daşıyır. Daha sonra dövlət başçısı forumun əhəmiyyəti haqqındakı fikirlərini bildirərək, forumun dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirən müasir dövrdə mövcud olan qlobal problemlərin müzakirəsinə şərait yaratdığını xüsusilə vurğulandı. Cənab prezident çıxışında qeyd etmişdir ki, müasir dünya mürəkkəb geosiyasi proseslər və yeni çağırışlarla üz-üzədir. Böyük dövlətlər arasında rəqabət, regional münaqişələr və təhlükəsizlik problemləri beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənlik yaradır. Belə bir şəraitdə beynəlxalq dialoq və əməkdaşlığın xüsusilə vacibliyi vurğulanmış, Azərbaycanın tərəfdaş kimi mühüm yer tutduğu diqqətə çatdırılmışdır.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafına və qlobal dialoqa töhfə verən ölkələrdən biridir. Bakı şəhərində keçirilən Qlobal Bakı Forumu müxtəlif ölkələrin nümayəndələri üçün fikir mübadiləsi aparmaq və ortaq həll yolları axtarmaq üçün mühüm platforma rolunu oynayır. Cənab prezident müzakirələrdə əsas məsələlərin bölgələrdəki və dünyadakı mövcud vəziyyətə yönəlməli olduğunu vurğulamışdır. Müasir dövrümüzdə təhlükəsizlik, müdafiə məsələlərinin hər bir ölkənin zənnində bir nömrəli prioritet olmalı olduğunu bildirilib. Çünki bunlar olmadan qalan bütün məsələlərin mənasızlılığı vurğulandı. Təhlükəsiz və sabit bir cəmiyyət yaratmağın əsas mövzu olduğunu bildirən prezident bütün səylərin bu yöndə birləşdirilməli olduğunu qeyd etdi. Prezident çıxışında regional təhlükəsizliyin Azərbaycan üçün bir nömrəli məsələ olduğunu Azərbaycanın müxtəlif beynəlxalq təşəbbüslərdə iştirakı, qlobal əməkdaşlığa verdiyi töhfələr və multikultural dəyərlərə sadiqliyi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdığı diqqətə çatdırıldı. Prezident vurğulamışdır ki, Bakı şəhəri artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir və bu cür forumlar müxtəlif ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Prezident çıxışında həmçinin qeyd etmişdir ki, dünyada baş verən iqtisadi və siyasi proseslər dövlətlər arasında qarşılıqlı asılılığı daha da artırır. Bu səbəbdən dövlətlər qlobal problemlərin həlli üçün birgə fəaliyyət göstərməli, sülh və sabitliyin qorunmasına xüsusi diqqət yetirməlidirlər. Bu baxımdan XIII Qlobal Bakı Forumu beynəlxalq dialoqun genişlənməsinə və ortaq həll yollarının tapılmasına mühüm töhfə verir.Çıxış zamanı Prezident vurğulamışdır ki, müasir dünyada sabitlik və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüququn prinsiplərinə hörmət edilməlidir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir və bu prinsiplərə əməl olunması qlobal sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, qlobal problemlərin müzakirəsi və müxtəlif ölkələr arasında dialoqun inkişafı üçün mühüm platformadır. Prezident İlham Əliyev çıxışında səsləndirilən fikirlər müasir dövrdə dövlətlər arasında əməkdaşlığın vacibliyini bir daha göstərir. Bu forumun keçirilməsi qlobal miqyasda sülh, sabitlik və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən mühüm tədbirlərdən biri kimi qiymətləndirilə bilər.
Ramana qəsəbəsi, 296 nömrəli məktəbin
müəllimi Röyal İsmayılov


Oxşar xəbərlər