İran hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb.Bu barədə İran polisinin rəisi Rza Radan məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər məlumatları düşmən tərəfə və anti-İran KİV-lərinə ötürməkdə şübhəli bilinirlər.
“Düşmənə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürən 500 casus saxlanılıb. Onlardan 250-si mühüm fiqurlar olub. Onlar hədəflərə zərbə endirilməsi üçün məlumat verib, müxtəlif qruplarla əlaqə saxlayıb və ictimai asayişi pozmağa çalışıblar”, – deyə Rza Radan İranın dövlət teleradio şirkətinə açıqlamasında bildirib.(apa)