Netanyahu ŞOKDA: İsraili xətirədən silindi

Netanyahu ŞOKDA: İsraili xətirədən silindi ABŞ-ın CNN telekanalı verdiyi bir xəbərində istifadə etdiyi xəritədən “İsrail”adını çıxararaq “Fələstin” adını yazıb

qanuninfo.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirərək bunun CNN-nin ilk analoji addımı olmadığını deyib.

İsrailin baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan “İsrail Today” qəzeti də CNN-ni sərt tənqid edib: “Bu, CNN-nin İsrailə etdiyi ilk düşmənçiliyi deyil, ancaq CNN bu dəfə həddini aşdı. İsraili xəritədən silmək nə deməkdir? Bunu əsla qəbul etmək mümkün deyil. CNN üzündən dünyanın hər yerində İsrailə qarşı düşmən münasibət güclənəcək”.

İsraili mediada müdafiə etmək üçün qurulan “Honest Reporting” təşkilatı da dərc etdiyi videoda hadisənin qəbul edilməz olduğunu, bunun əsla bir “səhv” olmadığını söyləyib.

İsraildən gələn sərt reaksiyalardan sonra CNN bunun “səhvən” edilən hərəkət olduğunu açıqlayıb.

Oxşar xəbərlər