Yüzlərlə insana nur bəxş edən Zərifə xanım Əliyeva daim xalqımızın qəlbində yaşayır

Yüzlərlə insana nur bəxş edən Zərifə xanım Əliyeva daim xalqımızın  qəlbində yaşayır
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir.
Apardığı tədqiqatların nəticələri Zərifə Əliyevanın uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı.
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Yüzlərlə insana nur bəxş edən Zərifə xanım Əliyeva daim xalqımızın qəlbində yaşayır. Belə insanlar nura uzanan yolun əbədi sakinlərinə çevrilir, ölməz olurlar. Onun oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir.
Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi.
Oftalmologiyanın müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyaları alimlərin və həkimlərin, həmçinin ali tibb məktəblərində təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər