ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin onu İranla uzunmüddətli münaqişə barədə xəbərdar etməsi barədə mediada yayılan məlumatları yalan adlandırıb.O, "Truth Social"dakı paylaşımında sözügedən məlumatın "100% yalan" olduğunu qeyd edib.
"General Keyn hamımız kimi müharibə istəmir, amma İrana qarşı hərbi əməliyyatlar aparmaq qərarı verilərsə, qələbənin asan olacağına inanır", - deyə Amerika lideri əlavə edib.
Trampın sözlərinə görə, Keyn nə İrana qarşı hərbi addımlardan çəkinməyi tövsiyə edib, nə də “məhdud zərbələr” variantını müdafiə edib.
“İrana qarşı potensial müharibə ilə bağlı yazılanların hamısı qəsdən yanlış təqdim olunub”, - deyə Tramp mediada yer alan məlumatlara münasibət bildirib.