Pasportların kataloqu saytı Passport Index dünyanın ən güclü pasportları reytinqi hazırlanıb.
Pasportun gücünü müəyyənləşdirən əsas amil onun sahibinin neçə ölkəyə vizasız səyahət edə bilməsidir.
İlk 10-luq belədir:
10. Finlandiya — 143 ölkə.
9. Yaponiya — 143 ölkə.
8. Sinqapur — 143 ölkə.
7. İsveç — 144 ölkə.
6. İtaliya — 144 ölkə.
5. Fransa — 145 ölkə.
4. Almaniya — 145 ölkə.
3. Cənubi Koreya — ölkə.
2. ABŞ — ölkə.
1. Böyük Britaniya — 147 ölkə.
Azərbaycan Passport Indexin reytinqində 57-ci yerdə qərarlaşıb. Azərbaycan pasportu ilə dünyanın 61 ölkəsinə vizasız gediş-gəliş imkanı var.
Gürcüstan vətəndaşları 59 ölkəyə vizasız gedə bilərlər. Ermənistan pasportu reytinqdə 62-ci yerdədir, bu ölkənin vətəndaşları vizasız 55 ölkəyə səyahət edə bilərlər.
Cənubi Sudan, Fələstin, Myanma, San-Tome və Prinsipi, həmçinin Solomon adalarının vətəndaşlarının dünya ölkələrinə vizasız səfər etmək üçün ən az imkanları var.