“Ermənistanı sülhə məcbur edən ABŞ ilə bizim bölgədəki hədəflərimiz üst-üstə düşür”.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Amerika Birləşmiş Ştatları ilə Türkiyənin xüsusilə Cənubi Qafqazla bağlı bir çox hədəfinin üst-üstə düşdüyünü bildirib.
Nazir həmçinin vurğulayıb ki, Rusiya, Azərbaycan, Ermənistan, Suriya və digər bölgələrdə eyni prosesin baş verdiyi müşahidə olunur.