İran mediası ölkənin qərbində silahlı qrupların peyda olması ilə bağlı məlumatlar yayıb. Yerli mənbələrin iddiasına görə, İranın İlam vilayətinə bağlı Sarablı şəhəri ərazisində silahlı dəstələrin aktivliyi qeydə alınıb.Sosial şəbəkələrdə yayılan və jurnalistlərin istinad etdiyi kadrlarda ov tüfəngləri və Kalaşnikov avtomatları ilə silahlanmış şəxslər görünür. Bildirilir ki, söhbət sayca az olsa da, yaxşı silahlanmış və nizamlı şəkildə hərəkət edən qruplaşmalardan gedir.
Mənbələrin iddiasına əsasən, bu silahlı dəstələrin fəaliyyəti xarici xüsusi xidmət orqanları tərəfindən koordinasiya olunur. Lakin rəsmi qurumlar yayılan məlumatlarla bağlı hələlik hər hansı açıqlama verməyiblər. musavat.com
Qeyd edək ki, İlam vilayəti İraqla sərhəddə yerləşir. Bu amil bölgədə baş verən hadisələrin təhlükəsizlik baxımından daha həssas və riskli qiymətləndirilməsinə səbəb olur.