Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları gələn ildən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə müntəzəm aviareyslərə başlayacaq.Bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, bu qərar Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.
Serdar Kılıçin sözlərinə görə, 11 mart 2026-cı ildən etibarən THY İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik reyslər həyata keçirəcək.