Ukraynada daha bir həmyerlimiz həlak oldu - İkisi itkin düşdü - Fotolar

Ukraynada daha bir həmyerlimiz həlak oldu - İkisi itkin düşdü - Fotolar Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya ordu sıralarından daxil olduğu döyüşdə həyatını itirib. O, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki “Axmat Sever” hərbi birləşməsində döyüşürmüş.

Bundan başqa, Rusiya tərəfdən müharibəyə qoşulmuş iki həmyerlimizin də itkin düşməsi məlum olub. Belə ki, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov Ukraynanın Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edəndən sonra itkin düşüb. Xeyli vaxtdır onun taleyi barədə məlumat almaq mümkün olmayıb.

Həmçinin Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov da 4 aya yaxındır Rusiya-Ukrayna cəbhəsində itkin düşüb.

Fotoda: Elnur Mirismayılzadə

Ukraynada daha bir həmyerlimiz həlak oldu - İkisi itkin düşdü - Fotolar


Fotoda: Anar Cabbarov

Ukraynada daha bir həmyerlimiz həlak oldu - İkisi itkin düşdü - Fotolar


Fotoda: Bəhlul Abbasov

Ukraynada daha bir həmyerlimiz həlak oldu - İkisi itkin düşdü - Fotolar

Oxşar xəbərlər