Humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir

Humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir

Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Son 30 il ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü olub. Lakin dekabrın 15-də cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüs müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olacaq.
Prezident cənab İlham Əliyevin davamlı olaraq belə təşəbbüslərlə çıxış etməsi onun nə qədər humanist, nəcib, xeyirxah insan olduğunu bir daha təsdiqləyir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız hərbi və siyasi müstəvidə deyil, eyni zamanda mənəvi və humanitar sahədə də özünü göstərdiyini sübut edir.
İnsanların cəzadan azad edilməsi və ya cəzalarının azaldılması onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyata qayıtması üçün real imkan yaradacaq
Bu cür sərəncamlarla vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır. Bu, cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabana müdiri Nübar Əliyeva


Oxşar xəbərlər