Humanist yanaşmanın bariz nümunələrindən biri də amnistiya və əfv institutlarının mütəmadi şəkildə tətbiq olunmasıdır

Humanist yanaşmanın bariz nümunələrindən biri də amnistiya və əfv institutlarının mütəmadi şəkildə tətbiq olunmasıdır
Müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri humanizm və insan amilinə verilən yüksək dəyərdir. Bu prinsiplər cənab prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində ardıcıl və məqsədyönlü şəkildə öz əksini tapır. Prezident İlham Əliyevin təşəbbüsləri insan hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və cəmiyyətin rifahının yüksəldilməsi kimi ümumbəşəri humanizm dəyərlərinə tam uyğunluq təşkil edir.
Humanist yanaşmanın bariz nümunələrindən biri də amnistiya və əfv institutlarının mütəmadi şəkildə tətbiq olunmasıdır. Bu təşəbbüslər cəmiyyətin sağlamlaşdırılmasına, insanlara yenidən həyata qayıtmaq imkanı yaradılmasına və sosial reinteqrasiyanın təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin imzaladığı amnistiya və əfv sərəncamları minlərlə insanın taleyində müsbət dönüş yaradaraq humanizm, mərhəmət və bağışlama dəyərlərinin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu sübut edir.
Bu siyasi xəttin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev hər zaman insan hüquqlarının qorunmasını, qanunun aliliyini və vətəndaş amilinin ön planda tutulmasını dövlət idarəçiliyinin əsas prinsipləri kimi müəyyən etmişdir. Cənab prezident İlham Əliyev bu siyasi irsi uğurla davam etdirərək onu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir.
Beləliklə, Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən təşəbbüslər Azərbaycan dövlətinin humanist, hüquqi və sosial yönümlü siyasət yürütməsinin bariz göstəricisidir. Bu yanaşma cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və ölkədə sabitliyin, həmrəyliyin təmin olunmasına mühüm töhfə verir.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilaçı Vüsalə Bayramova




Oxşar xəbərlər