1993-cü ildən başlayan və bu günə qədər uğurla davam etdirilən siyasi dəst-xəttin təməlində məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. 1993-cü ildə ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf modelini qurmağı bacardı. Məhz Ümummilli Liderin iqtisadi strategiyası nəticəsində Azərbaycan əsil müstəqilliyinə qovuşdu.
1994-cü ilin 20 sentyabr tarixində imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın enerji resursları, enerji siyasəti birbaşa milli maraqlarımıza xidmət etməyə başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanı ağır sosial-iqtisadi böhrandan çıxartmağa müvəffəq oldu. Azərbaycan təhlükəsizlik riskləri ilə üz-üzə idi, bunun da əsas səbəbi iqtisadi böhran idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qaydışı ilə iqtisadi sabitliyimiz bərpa olundu ki, bu da əsaslı dönüş demək idi. Ümummilli Lider Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri də Azərbaycan cəmiyyətini "Azərbaycançılıq" məkurəsi ətrafında toplamağı, mərkəzləşdirməyi bacarmaq oldu. Məhz həmin bu "Azərbaycançılıq" məkurəsi illər ərzində "Dəmir yumruğ"a çevrildi. Azərbaycan xalqı bir oldu, bütöv oldu, xalqımız tək hədəfə vurmağı bacardı. Ölkədə yeni infrastruktur layihələri həyata keçirilməyə başlandı.
Məşğulluğun artırılması və sosial sahənin inkişaf etməsi üçün əsaslı addımlar atıldı. Bu gün Azərbaycan iqtisadiyyatın dayanıqlığı, enerji resurslarının səmərəli istifadəsi, nəqliyyat layihələrinin həyata keçirilməsi baxımından beynəlxalq çəkisi olan aktordur. Məhz bu amil Ulu öndərimizin fəaliyyətinin nəticəsidir.
Siyasi sistem, elə bir iqtisadi model quruldu ki, bu gün Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olması, ən böyük iqtisadiyyata malik olması faktı dünya prezidentləri tərəfindən səsləndirilir, etiraf olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətini məhz Heydər Əliyevin idealları əsasında, onun ideallarının ışığında həyata keçirir. Məhz bu davamiyyət xalq tərəfindən təqdir olunur. 2003-cü ildə cənab İlham Əliyevə səs verən xalq əslində Ümummilli Lider Heydər Əliyevə səs verdi.
Çünki xalqımız əmin idi ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi dəst-xətt Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır. Heydar Əliyevin açdığı izə, qoyduğu mirasa, irsə Azərbaycan xalqı hər zaman sadiqdir.