Balıkesirdə üst üstə üç zəlzələ baş verib.Bu barədə Türkiyənin Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sosial media səhifəsində məlumat verib.
İlk zəlzələ saat 07:16-da 4,7 bal gücündə, qalan zəlzələlər isə saat 07:20 və 07:21-də Balikesir şəhərinin Sındırqı rayonunda 4,2 bal gücündə olub.
Zəlzələlər 7-12,31 km dərinlikdə qeydə alınıb.