
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 3.7 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerli vaxtla saat 10:32-də baş verib. Yeraltı təkanların dərinliyi 7,0 km olub.
Zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.