Türkiyədə növbəti dəfə zəlzələlər baş verib

Türkiyədə növbəti dəfə zəlzələlər baş verib Ötən gecədən bəri Türkiyə ərazisində zəlzələlər baş verib.

Kandilli rəsədxanası xəbər verir ki, ötən gecə 02:55-də və 02:58-də Mərmərə dənizində 3 və 3.2 maqnitudalı 2 zəlzələ qeydə alınıb.

Bundan əlavə, Mərmərə dənizinin Silivri sahilləri - İstanbulda bu gün səhər saat 7-də 3 ballıq zəlzələ qeydə alınıb.

Həmçinin Türkiyənin Kütahya şəhərində bu gün yerli vaxtla 07:23 və 07:29-da da zəlzələ baş verib.

Yeraltı təkanlar 4.6 və 3.9 bal gücündə olub.

Zəlzələ mərkəzinin yerin 9.2 və 6.2 km dərinlikdə olduğu bildirilib.

Oxşar xəbərlər