Tramp illik qaçqın qəbulu limitini azaldıb

Tramp illik qaçqın qəbulu limitini azaldıb ABŞ Prezidenti Donald Tramp qaçqın qəbulu limitini 2025-ci ildəki 125 000-dən 2026-cı ildə 7 500-ə endirib.

Bu, Ağ Evin Federal Reyestrdə dərc etdiyi prezident memorandumunda öz əksini tapıb.

Sənədlərə görə, 2026-cı maliyyə ilində ABŞ-yə 7500-ə qədər qaçqının qəbul edilməsi "humanitar mülahizələrə görə və ya milli maraqlara uyğun" hesab edilir.

Kvotanın əsas hissəsinin Cənubi Afrikadan olanlara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz ayrı-seçkiliyin qurbanı kimi tanınan digər şəxslərə ayrılacağı bildirilir.

Oxşar xəbərlər