Donald Tramp: İlham, Siz böyük lidersiniz

Donald Tramp: İlham, Siz böyük lidersiniz Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.

Bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

Qeyd edək ki, Trampın Prezident İlham Əliyevə göndərdiyi fotoların üzərində belə yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").

Donald Tramp: İlham, Siz böyük lidersiniz

Oxşar xəbərlər