
Bu barədə "Times of Israel" məlumat yayıb.
Məlumata görə, “Likud” partiyasının uzunmüddətli və yüksək vəzifəli üzvü olan və 1990-cı illərdən etibarən nazir vəzifəsində çalışmış Hanegbi, Netanyahunun yayda Qəzza şəhərinə qoşun yeritmək planına, eləcə də ötən ay Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirilən, lakin uğursuzluqla nəticələnən hücuma qarşı çıxıb.
Hanegbinin müavini Gil Rayx dərhal İsrail Milli Təhlükəsizlik Şurasının müvəqqəti rəhbəri və milli təhlükəsizlik müşaviri vəzifələrini icra edəcək.
Netanyahu yaydığı bəyanatda Hanegbiyə xidmətlərinə görə təşəkkür edib və ona “gələcək fəaliyyətində böyük uğurlar və möhkəm sağlamlıq” arzulayıb.