
27 sentyabr 2020-ci ildə başlanan 44 günlük müharibədə illərdir həsrətini çəkdiyimiz, hər qarışı tarix olan, təbiəti insanı valeh edən torpaqlar işğaldan azad edildi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Bu işğal dövründə 52000 nəfər əhalisi olan rayon ərazisi ermənilərin vəhşiliyinə məruz qalaraq dağıdıldı. Rayonun hər yerində erməni vandalizminin izləri görünməkdə idi. İşğal nəticəsində on minlərlə insan öz ev-eşiyini itirərək məcburi köçkün həyatı yaşamalı oldu. Cəbrayıllı məcburi köçkünlər ayrı-ayrı rayonların yaşayış məntəqələrində,qaçqın düşərglərində və yük vaqonlarında məskunlaşmışdılar.
1994-cü ildə Cocuq Mərcanlı kəndi, 2016-cı il aprel döyüşləri zamanı isə Lələtəpə yüksəkliyi işğaldan azad olundu.
Azərbaycan xalqı daim Cəbrayıl rayonunun tam azad olunacağı günün həsrəti ilə yaşadı. 27 il 27 əsr kimi göründü. Cəbrayıl rayonunun işğadan azad edilməsi tarixi dönüş nöqtəsi sayıla bilər. 44 günlük II Qarabağ müharibəsinin ilk günlərindən artıq Cəbrayıl rayonunun kəndləri rəşadətli ordumuzun və Ali Baş Komandan cənab İlham Əliyevin səyi nəticəsində işğaldan azad edildi.Hər gün gələn yeni xəbərlər xalqı daha da ruhlandırırdı.2020-ci il 4 oktyabrda Cəbrayıl rayonunun işğaldan azad edilməsi bir eli daha da dözümlü,daha da mübariz etdi. Torpaqların bir-bir azad edilməsi ədalətin,haqqın və haqq yolunda mübarizənin təntənəsi oldu.
İşğaldan azad olunmuş torpaqlarda,həmçinin Cəbrayıl rayonunda quruculub işləri aparıldı. Cəbrayıl yarımstansiyasının istifadəyə verildi,yol infrastrukturu layihələri həyata keçirildi. Artıq illərlə torpaqlarından ayrı düşmüş xalqım doğma torpaqlarına ayaq basdı. Prezidentimiz tarixin yaddaşı olan Xudafərin körpüsünə həmişə göylərdə dalğalanmağa layiq olan üçrəngli bayrağımızı sancdı.
Bu gün də Cənab İlham Əliyev quruculuq işlərini nəzarətdə saxlayır və həmin ərazilərə səfərlər edir. Ərazilərdə insanlar üçün hər cür şəraitin yaradılmasına səy göstərir.
Ulu Öndər Heydər Əliyevin davamçısı Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində,rəşadətli ordumuzun igidliyi və xalqın öz liderinin ətrafında yumruq kimi birləşməsi sayəsində bu gün hər kəs “Qarabağ Azərbaycandır” deyə bilir.
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta məktəbin
müəllimi Əliyeva Günel