6 min metr dərinlikdə inqilab: Okeanın dibindən sərvət çıxaracaqlar

6 min metr dərinlikdə inqilab: Okeanın dibindən sərvət çıxaracaqlar Yaponiya dünyada ilk dəfə olaraq okeanın 6 min metrədək dərinliyində nadir torpaq metallarının hasilatına başlayıb.

Dərin dəniz mədənçiliyini mümkün edən bu texnologiya hazırda sınaq rejimində işləyir və bir ay ərzində okean dibindəki çöküntülər fasiləsiz şəkildə xüsusi Chikyu qazma-gəmisinə qaldırılacaq.

Məlumata görə, Yaponiya hökuməti layihəyə 250 milyon dollar sərmayə yatırıb. Sınaqlar uğurla başa çatarsa, 2027-ci ilin fevralından etibarən nadir torpaq metallarının sənaye miqyaslı hasilatına start veriləcək. Bu metallar elektromobillər, yüksək texnologiyalı elektronika və müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyır.

Tokionun əsas hədəfi qlobal bazarda dominant mövqeyə malik olan Çin asılılığını azaltmaqdır. Hazırda Yaponiya nadir torpaq xammalının 60 faizdən çoxunu Çindən idxal edir. Pekin isə əvvəlki illərdə bu sahədə ixrac məhdudiyyətlərini siyasi təzyiq aləti kimi istifadə edib.

Oxşar xəbərlər