2020-ci il 4 oktyabr-Cəbrayıl rayonun işğaldan azad olunması tarixidir

2020-ci il 4 oktyabr-Cəbrayıl rayonun işğaldan azad olunması tarixidir
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi düşmən tərəfindən talan edilərək yandırılmış, 132-dən çox tarixi-mədəni,dini abidələr erməni vandalizminə məruz qalmışdır.Lakin illər keçdi. Xalqımız azğın düşməndən qisasını aldı:
2020-ci il 4 oktyabr-Cəbrayıl rayonun işğaldan azad olunması tarixidir. Cəbrayıl rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şücaət qazanmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə”medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin hər bir qarışına, o cümlədən Cəbrayıl rayonuna da xüsusi qayğı və diqqət göstərmiş və göstərməkdədir. O, dəfələrlə Cəbrayıl rayonunda olmuş,abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olmuşdur. Cənab prezident İlham Əliyevin üçrəngli bayrağımızı Xudafərin körpüsündə qaldırması,həmçinin şəhərdə Dövlət bayrağımızın ucaldılması Azərbaycan tarixinin şanlı səhifəsinə yazılmış bir gün, xalqımız üçün isə fəxarətdir.
16 noyabr 2023-cü il tarixində “Hüquqi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyev irsi” mövzusunda dəyirmi masanın məhz Cəbrayıl rayonunda keçirilməsi də xalqımız üçün əlamətdar günlərdən sayılır.
Cari ilin may ayında cənab Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməlqoyma mərasimində iştirak etmiş və tapşırıqlarını vermişdir. Həmçinin “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışlarında iştirak etmişdir. “KamAZ” ASC və “Gəncə avtomobil Zavaodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Cari ilin sentyabr ayında Böyük Qayıdış çərçivəsində Cəbrayıla 36 ailə (117 nəfər) köçürülmüşdür.Sakinlər illər sonra öz doğma torpaqlarına qovuşduqları üçün həyəcanlı,eyni zamanda çox sevincli idilər.İkinci köç karvanı isə oktyabr ayında baş tutacaq.Artıq Cəbrayıl öz sakinləri ilə daha da dirçələcək.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin,diqqət və qayğısının nəticəsidir.


Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəb
Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Rüstəmova

Oxşar xəbərlər