Venesuela müxalifətinin lideri Mariya Korna Maçado aldığı Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa təqdim edib.Bununla bağlı Ağ Evin X şəbəkəsində
Tramp və Maçadonun şəklini paylaşıb. Fotoda ABŞ prezidenti medalın şəkli olan böyük bir çərçivə tutur.
Əlavə olunmuş mətndə deyilir: "Prezident Donald Trampa, güc vasitəsilə sülhün təşviqindəki müstəsna liderliyinizə görə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Maçadonun Trampa təsir göstərmək cəhdi, diktator Nikolas Maduronun devrilməsindən sonra onu Venesuela lideri təyin etməkdən imtina etməsindən sonra baş verib.
Tramp isə öz növbəsində Maçadonun hərəkətlərini qarşılıqlı hörmətin gözəl bir jesti adlandırıb.
"Mariya mənə işim üçün Nobel Sülh Mükafatını təqdim etdi. Qarşılıqlı hörmətin gözəl bir jesti.
Təşəkkür edirəm, Mariya!", - Tramp sosial mediada yazıb.
Nobel Komitəsi isə mükafatın başqasına verilə, bölünə və ya ləğv edilə bilməyəcəyini vurğulayıb.