
Cəbrayıl rayonu çox qədim tarixə malikdir. Rayonun ərazisində çoxlu sayda abidələrin, mağaraların, məbədlərin qalıqlarının tapılması bu yaşayış məskəninin qədim tarixə malik olmasını göstərir.
Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində əhaliyə çoxlu sayda maddi və mənəvi ziyan vurulmuşdur.
Cəbrayıl rayonu Şərqi Zəngəzur İqtisadi Rayonuna daxildir. Rayonun azad edilməsi uğrunda aparılan döyüşlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları həyatlarından keçərək Şəhidlik zirvəsinə ucalmışlar. Şəxsi igidlik nümayiş etdirən 12523 hərbi qulluqçumuz 26 noyabr 2020-ci il tarixində təsis edilmiş " Cəbrayılın azad olunması"na görə medalı ilə təltif edilmişdir.İlk öncə Cəbrayıl rayonunun azad olunması digər işğal altında olan rayonların azad olunması üçün uğurlu əks-hücum əməliyyatını həyata keçirilməsinə səbəb olmuşdur.
Azərbaycan bayrağının Xudafərin körpüsündə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qaldırılması qürurverici bir hissdir. İndi o torpaqlarda yenidənqurma və abadlıq işləri aparılır.Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində tam təhlükləsiz həyat şəraiti təmin edilib.Fərdi evlər,uşaq bağçası,tibb məntəqəsi,poçt binası,məktəb binası və digər zəruri infrastruktur obyektləri fəailiyyətə başlamışdır.Azərbaycan torpaqları azad olduqca onların yararlı olması üçün ölkə rəhbəri bütün lazım olan addımları atır.Dövlətimiz II Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş torpaqları yenidən tam bərpa edərək yararlı torpağa çevirir və çevirməyə davam edir.
Ramana qəsəbəsi, 198 nömrəli məktəbin
direktoru Şəlalə Nadirova