Azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi də xüsusi simvolik məna daşıyır

Azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi də xüsusi simvolik məna daşıyır Azərbaycan Respublikasının müasir tarixində mühüm əhəmiyyət kəsb edən günlərdən biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il 20 sentyabr bu şəhərlərin azad olunmasının rəmzi olaraq qeyd edilir. Bu qərar xalqımızın milli yaddaşında silinməz iz buraxmış hadisələrin dövlət səviyyəsində təntənəsinə çevrilmişdir.
Uzun illər işğal altında qalan Qarabağ torpaqları 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın tam suverenliyi altına qayıtdı. Nəticədə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət hakimiyyəti bərpa edildi.
Prezident İlham Əliyevin sərəncamı ilə bu tarixi qələbəyə həsr olunmuş günün təsis edilməsi həm ədalətin bərpasını, həm də Azərbaycan xalqının iradəsini və birliyini əks etdirir.
Prezident İlham Əliyev dəfələrlə azad edilmiş ərazilərə səfər etmiş, bərpa-quruculuq işlərinin gedişatı ilə şəxsən tanış olmuşdur. Xocalı rayonunun Şuşakənd kəndində elektrik, içməli su, yol, rabitə və qaz infrastrukturu ilə bağlı görülən işlər dövlət başçısının diqqət mərkəzində olmuşdur.
Eyni zamanda, “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi və Xocalı şəhərlərində müasir yaşayış massivlərinin, sosial və mədəni obyektlərin, təhsil və səhiyyə müəssisələrinin inşası nəzərdə tutulub. Bu layihələr keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və firavan şəkildə qayıdışını təmin etməyə yönəlib.
Azərbaycan Respublikasının Prezidenti Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran şəhərlərində Dövlət Bayrağını ucaldaraq, xalqımızın qürurunu, birliyini və milli həmrəyliyini bir daha nümayiş etdirmişdir. Bu tarixi hadisə yalnız simvolik bir mərasim deyil, eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın əbədi olaraq Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi olduğunu bütün dünyaya göstərən mühüm siyasi və mənəvi mesajdır. Prezidentin bu addımı həm də xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzi, vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiram və gələcək nəsillərə milli qürur vətən sevgisi ruhunun ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Dövlət Bayrağının ucaldılması, azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin möhkəmliyini, suverenliyini və dövlətçilik dəyərlərinin qorunmasını nümayiş etdirir, xalqın birliyini və dövlətin gücünü bir daha təsdiqləyir.

Azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi də xüsusi simvolik məna daşıyır. Belə ki, 2024-cü ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycan dövlətinin gücünü və suverenliyini bütün dünyaya nümayiş etdirmişdir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində yalnız bir tarixi hadisə deyil, həm də xalqımızın əzəmətli qələbəsinin, milli birliyinin və dövlətimizin gücünün rəmzidir. Bu gün eyni zamanda şəhidlərimizin və qazilərimizin göstərdiyi igidliyin, vətən uğrunda canlarını fəda edən qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi kimi qeyd olunur. Həmçinin bu gün gələcək nəsillərə vətən sevgisinin, milli qürurun və dövlətçilik dəyərlərinin ötürülməsi, həmçinin xalqımızın birliyi və gücünü nümayiş etdirməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu müqəddəs gün həm də Azərbaycan dövlətinin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın iradəsini simvolizə edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması göstərir ki, birlik və vətənpərvərlik sayəsində hər bir çətinlik aşılır, itirilmiş torpaqlar geri qaytarılır və dövlətimizin ərazi bütövlüyü təmin olunur. Bu gün həmçinin tariximizin şərəf səhifələrinin xatirəsini yaşatmaq, milli kimliyimizi gücləndirmək və gələcək nəsillərə vətənə bağlılıq mesajını ötürmək baxımından xüsusi əhəmiyyətlidir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda həyatın bərpası, keçmiş məcburi köçkünlərin geri dönüşü və Qarabağın yenidən qurulması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir



Balaxanı qəsəbəsi, 259 №-li tam ümumitəhsil məktəbi
publik hüquqi şəxsi
Tarix müəllimi Qənbərova Nərmin

Oxşar xəbərlər