Şuşanın azad olması Qarabağ torpaqlarına sülh və inkişaf gətirdi

Şuşanın azad olması Qarabağ  torpaqlarına sülh və inkişaf  gətirdi
Dəmir Yumruq əməliyyatı ilə Zəfər tariximizə yazılan Böyük Qələbə, güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Xalq – Prezident - Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, tarixi torpaqlarımızın işğaldan azad olunmasında mühüm əhəmiyyət daşıdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki , bundan sonra bizə qarşı müqavimət göstərmək mümkün deyil”. Elə buna görə də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlardan oldu. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Dəmir Yumruq əməlliyyatı ilə qazanılmış Tarixi Zəfərimizin məntiqi sonluğu isə 2023-cu il sentyabrın 19 dan başlayıb 23 saat davam edən antiterror əməliyyatı oldu. Bu tarixi əməliyyat nəticəsində Ağdərə, Xocavənd, Xocalı və Xankəndində Azərbaycanımızın üçrəngli bayrağı dalğalandı. Bununla da Azərbaycan əbədi suverenliyini bərpa etdi. Hərb və dövlətçilik tariximizdə analoqu olmayan bu tarixi səhifəni Ali Baş Komandan cənab İlham Əliyev siyasi uzaqgörənliyi, xalıqın birliyi, şəhidlərimizin qanı qazilərimizin əzmi və qəhrəmanlığı, Qüdrətli Azərbaycan Ordusunun gücü ilə qazandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. “Şuşanın azad olması Qarabağ torpaqlarına sülh və inkişaf gətirdi”. Cənab Prezidentin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamamilə məhv edilmiş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin , məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamlı olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir.İşğaldan azad olmuş torpaqlarımızda mədəni irsimizin bərpası istiqamətində əsaslı layihələr həyata keçirilir Bu layihələr azad olunan ərazilərin , inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı həm də tarixi torpaqlarımızın, ənənələrimizin bərpasını da əhatə edir. etir.Təsadüfi deyil ki , Şuşa şəhəri təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınır. Nəticəsi olaraq tarixi torpaqlarımız öz cənnətini yaşayır.
Pirşağı qəsəbəsi , 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Baxışlı

Oxşar xəbərlər