Kreml: Trampla Putinin görüş yeri razılaşdırılıb

Kreml: Trampla Putinin görüş yeri razılaşdırılıb Rusiya və ABŞ yaxın günlərdə iki ölkənin prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş barədə razılığa gəlib.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov bildirib ki, Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni prezident Vladimir Putinlə Donald Tramp arasında görüşün keçirilməsinə dair prinsipial razılıq əldə olunub. “Zirvə görüşünün təşkili ilə bağlı işlərə başlanılıb. Dövlət başçılarının görüşünün yeri razılaşdırılsa da, bu, bir az sonra elan olunacaq”, - Uşakov qeyd edib.

Oxşar xəbərlər